Elmar Məmmədyarov: Həmsədrlər azərbaycanlı əsirlərin qanunsuz məhkəmə məsələsi ilə məşğul olacaqlar

Elmar Məmmədyarov: Həmsədrlər azərbaycanlı əsirlərin qanunsuz məhkəmə məsələsi ilə məşğul olacaqlar Məsələ ATƏT-in Minsk qrupunun Bakıya səfəri çərçivəsində müzakirə olunub
Qarabağ
5 Noyabr , 2014 17:39

Bakı. 5 noyabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qanunsuz məhkəmə məsələsi ilə məşğul olacaqlar.

"Report" xəbər verir ki, bu barədə bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, məsələ bu yaxınlarda ATƏT-in Minsk qrupu üzvlərinin Prezident İlham Əliyevlə görüş zamanı müzakirə olunub.

E.Məmmədyarov, həmçinin vurğulayıb ki, vasitəçilərlə görüş zamanı o da bu məsələyə toxunub. "Azərbaycan XİN hadisələri yaxından izləyir" -  deyə, nazir bildirib. 

Xatırladaq ki, iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyev bu ilin yayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əsir götürülüblər. 
Ermənistan KİV-nin məlumatına görə, oktyabr ayında Xankəndidə D.Əsgərov və Ş.Quliyev barəsində "məhkəmə prosesi" başladılıb. 

Son xəbərlər

Orphus sistemi