Elmar Məmmədyarov: "ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə görüş keçirməyi təklif edib"

Elmar Məmmədyarov: "ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə görüş keçirməyi təklif edib" XİN başçısı: "Şərt qoymaqla münaqişəni həll etmək olmaz"
Qarabağ
29 Aprel , 2016 12:52
Elmar Məmmədyarov: ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə görüş keçirməyi təklif edib

Bakı. 29 aprel. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Brüsseldə görüş keçirməyi təklif edib. "Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında məlumat verib.

"Azərbaycan daim həmsədrlərlə əlaqədədir. Onlar mayın ortalarında, çox güman Brüsseldə - hansısa tədbir çərçivəsində görüş keçirilməsini təklif edib", - deyə E.Məmmədyarov bildirib.

Ermənistan prezidenti Serj Sarqsyanın danışıqlar prosesinə qayıtmaq üçün üç şərtlə bağlı fikirlərini şərh edən XİN başçısı qeyd edib ki, şərt qoymaqla münaqişəni həll etmək olmaz: "Aydın məsələdir ki, status-kvo qəbuledilməzdir. Azərbaycan danışıqlar prosesindən yayınmır. Biz bu məsələni həmsədrlərlə müzakirə edəcəyik. Əgər Yerevanda kimsə bu cür şərtlərlə prosesi uzada biləcəklərini düşünürsə, deməli, sadəlövhdür".

Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu region üçün ən böyük təhlükə olduğunu da əlavə edib.

Son xəbərlər

Orphus sistemi