​Elmar Məmmədyarov: "Azərbaycan böyük sülh sazişinin hazırlanması üzərində işə başlamağa hazırdır"

​Elmar Məmmədyarov: "Azərbaycan böyük sülh sazişinin hazırlanması üzərində işə başlamağa hazırdır" "Ermənistan tərəfinin razılığı olduğu halda, biz istənilən işçi qrupu çərçivəsində hərtərəfli sülh sazişinin imzalanması üçün işləməyə hazırıq"
Qarabağ
1 İyun , 2015 15:22
​Elmar Məmmədyarov: Azərbaycan böyük sülh sazişinin hazırlanması üzərində işə başlamağa hazırdır

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı böyük sülh sazişinin hazırlanması üzərində işə başlamağa hazırdır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiçlə Bakıda birgə keçirilən mətbuat konfransı zamanı bildirib.

"Ermənistan tərəfinin razılığı olduğu halda, biz istənilən işçi qrupu çərçivəsində böyük sülh sazişinin hazırlanması üçün işləməyə hazırıq", - E. Məmmədyarov qeyd edib.

Öz növbəsində, ATƏT-in hazırkı sədri Bakı və İrəvana səfərlərinin münaqişənin həlli istiqamətində müsbət nəticələr gətirəcəyinə ümid etdiyini bildirib. O deyib ki, Serbiya münaqişənin həllinə öz töhfəsini vermək istəyir.

Son xəbərlər

Orphus sistemi