Düşmənin təxribatı nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub

Düşmənin təxribatı nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub Ermənilər atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib
Qarabağ
5 İyul , 2016 15:30
Düşmənin təxribatı nəticəsində Azərbaycan ordusunun əsgəri şəhid olub

Bakı. 5 iyul. REPORT.AZ/ Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, iyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub. 

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi