Diplomatik mənbə: "Qondarma DQR-in tanınması ATƏT-in Minsk qrupunun keçirdiyi danışıqlara mənfi təsir edəcək"

Diplomatik mənbə: "Qondarma DQR-in tanınması ATƏT-in Minsk qrupunun keçirdiyi danışıqlara mənfi təsir edəcək" "Biz münaqişə tərəflərinin konstruktiv danışıqlara hazırıq olduqlarını nümayiş etdirəcəyinə ümid edirik"
Qarabağ
6 May , 2016 09:52
Diplomatik mənbə: Qondarma DQR-in tanınması ATƏT-in Minsk qrupunun keçirdiyi danışıqlara mənfi təsir edəcək

Bakı. 6 may. REPORT.AZ/ Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin rəsmi Yerevan tərəfindən tanınması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların gələcəyinə mənfi təsir göstərəcək.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupuna yaxın olan diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Ermənistanın separatçı rejimin "müstəqilliyini" tanıması ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların gələcəyinə müsbət təsir edə bilməz.

"Biz münaqişə tərəflərinin Minsk qrupunun hər iki paytaxtla sıx məsləhətləşmələrdən sonra işləyib hazırladığı "yol xəritəsi" məsələsi üzrə konstruktiv danışıqlara hazır olduqlarını nümayiş etdirəcəyinə ümid edirik", - deyə mənbə bildirib.

O, həmçinin əlavə edib ki, qondarma DQR-in müstəqilliyinin birtərəfli tanınması ilkin razılaşmalara heç uyğun gəlmir.

Son xəbərlər

Orphus sistemi