Diplomat: "ABŞ Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir"

Diplomat: "ABŞ Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir" "Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir"
Qarabağ
21 Yanvar , 2015 16:20
Diplomat: ABŞ Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir

Bakı. 21 yanvar. REPORT.AZ/ ABŞ-ın müvəqqəti işlər vəkili Derek Hoqan Bakıda 1990-cı ildə baş vermiş 20 Yanvar faciəsi ərəfəsində hazırkı dövlət katibi Con Kerri də daxil olmaqla, bir qrup senatorun SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı müraciətin ortaya çıxmasına münasibət bildirib. “Report”un xəbərinə görə, D.Hoqan jurnalistlərin suallarını cavablandırarkən mediada yer alan məlumatları təkzib edib: “Mediada belə bir iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Bizim ATƏT-in Minsk qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə əsassızdır. Bizim Minsk qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimizdə bariz şəkildə özünü göstərir. Yəni demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir. Mən belə bir məktubu görməmişəm və bununla tanış deyiləm. Amma bir daha əsas diqqəti ona yönəltmək istəyirəm ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mövqeyinə sadiqdir”.

Son xəbərlər

Orphus sistemi