Bakı. 16 fevral. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan vətəndaşının ermənilər tərəfindən güllələnməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, fevralın 15-də saat 15 radələrində Ağdam rayonunun Çıraqlı kənd sakini 15 yaşlı Coşqun Məmmədov əkin sahəsində təmizlik işləri apararkən ermənilər tərəfindən açılmış atəşdən ayaq nahiyəsindən xəsarət alıb. C.Məmmədov xəstəxanaya yerləşdirilib.
Azərbaycan DİN məktəblinin ermənilər tərəfindən güllələnməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb
Qarabağ
16 Fevral , 2016
12:06
https://static.report.az/photo/b9c1a5ab-54c3-4871-8a03-422bb0eecbe2.jpg