Deputat: "Xocalı soyqırımı qurbanlarına verilən müavinətlər digər şəhid ailələrindən fərqlənməlidir"

Deputat: "Xocalı soyqırımı qurbanlarına verilən müavinətlər digər şəhid ailələrindən fərqlənməlidir" "Qarabağ əlillərindən neçəsi hələ də evsizdir və dövlətin onlarla bağlı atacağı addım nədən ibarətdir?"
Qarabağ
20 Noyabr , 2014 17:04
Deputat: Xocalı soyqırımı qurbanlarına verilən müavinətlər digər şəhid ailələrindən fərqlənməlidir

Bakı. 20 noyabr. REPORT.AZ/ “Xocalı soyqırımı qurbanlarına verilən müavinətlər digər şəhid ailələrindən fərqlənməlidir. Həmin şəxslərin sayı hazırda 613 nəfərdir. Qanuna ayrıca bənd əlavə etməklə onları digərlərindən fərqləndirə və həyat şəraitini bir qədər də yaxşılaşdıra bilərik”. “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisində 2015-ci ilin büdcə zərfi layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat Qarabağ əlilləri ilə bağlı məsələyə də toxunub: “Bir şeyi aydınlaşdıraq ki, onların sayı nə qədərdir. Qarabağ əlillərindən neçəsi hələ də evsizdir və dövlətin onlarla bağlı atacağı addım nədən ibarətdir? Dövlətin ən ali instansiyasında onlar ali qərarlarla fərqləndirilir. Çox istərdik ki, onlara verilən müavinətlərin məbləği artsın. Lakin onlar üçün ayrıca bir dövlət proqramına ehtiyac var. Biz dəfələrlə deyirik ki, əlillərin təhsili dövlətin diqqətindədir. Lakin etiraf edək ki, hərdən o insanlar sanki cəmiyyətdən çıxdaş olunur. Dövlət əlbəttə ki, onlara həssas yanaşmalıdır. Çox istərdim ki, onlar üçün gələcək iş yerləri planında spesifik tədbirlər həyata keçirilsin”.

Son xəbərlər

Orphus sistemi