​Bu gün Daşaltı əməliyyatından 23 il ötür

​Bu gün Daşaltı əməliyyatından 23 il ötür Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfət itki verib
Qarabağ
26 Yanvar , 2015 15:12
​Bu gün Daşaltı əməliyyatından 23 il ötür

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Ordusunun keçirdiyi, lakin uğursuzluqla nəticələnən "Daşaltı əməliyyatı"ndan 23 il ötür.

"Report" xatırladır ki, əməliyyat Daşaltı kəndinin azad olunması məqsədilə 1992-cil il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan taqım ermənilərin pusqusuna düşüb. Digər taqımlar da itki verərək geri çəkiliblər. 

Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfət itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı 80 erməni döyüşçüsü məhv edilib.

Son xəbərlər

Orphus sistemi