Rafael Harpaz: "Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu sülh yoludur"

Rafael Harpaz: "Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu sülh yoludur" "Regionun iqtisadi potensialı çox böyükdür"
Qarabağ
23 Sentyabr , 2016 14:50
Rafael Harpaz: Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu sülh yoludur

Təl-Əviv. 23 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafını izləyirik. Bölgədəki təcrübəmizə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolunun sülh yolu ilə nizamlanması olduğuna ümid edirik".

"Report" xəbər verir ki, bu fikirləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İsrail ATƏT-in Minsk qrupunun rəhbərliyi altında beynəlxalq səylərin uğurla başa çatacağına ümid edir və bu səyləri dəstəkləyir: "Bu regiona yalnız sülh lazımdır. Əminəm ki, sülh olarsa, regionun iqtisadi potensialı çox böyükdür".

Son xəbərlər

Orphus sistemi