Dağlıq Qarabağ məsələsi Ermənistan parlamentində qapalı iclasda müzakirə olunur

Dağlıq Qarabağ məsələsi Ermənistan parlamentində qapalı iclasda müzakirə olunur İclasda müdafiə naziri Seyran Ohanyan və bir qrup deputat iştirak edir
Qarabağ
4 May , 2016 15:33
Dağlıq Qarabağ məsələsi Ermənistan parlamentində qapalı iclasda müzakirə olunur

Bakı. 4 may. REPORT.AZ/ Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə Azərbaycanın işğal altında olna Dağlıq Qarabağ bölgəsindəki qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunur.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, görüş qapalı keçirilir.

Məlumata görə, müzakirələrdə parlamentin sədr müavini Eduard Şamrazanov, məclisin Müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə komissiyasının başçısı Koryun Naapetyan, "İrs" fraksiyasından deputat Tevan Poqosyan, Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının başçısı Armen Rustamyan, Ermənistan Milli Konqresinin başçısı Levon Zurbayan, Respublikaçılar Partiyası fraksiyasının sədri Vaqram Baqdasaryan və başqaları iştirak edirlər.

Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi