​Daçiç: "Münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın siyasi iradəsi, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır"

​Daçiç: "Münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın siyasi iradəsi, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır" "Dağlıq Qarabağ münaqişəsinin həlli bu il Serbiyanın təşkilatda sədrliyi dövründə gündəlikdə duran məsələlərdən biri idi"
Qarabağ
9 İyul , 2015 14:22
​Daçiç: Münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın siyasi iradəsi, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır

Bakı. 9 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistanın siyasi iradəsi, eləcə də beynəlxalq ictimaiyyətin dəstəyi lazımdır".

"Report" xəbər verir ki, bu barədə bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Helsinkidə keçirilən yekun iclası çərçivəsində azərbaycanlı deputatların sualını cavablandırarkən bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu il Serbiyanın təşkilatda sədrliyi dövründə gündəlikdə duran məsələlərdən biri idi. Daçiç xatırladıb ki, Serbiyanın ATƏT-dəki sədrliyi çərçivəsində "Minsk Qrupunun səylərinə maksimum təkan vermək" üçün o, Ermənistana və Azərbaycana səfərlər edib.

O, həmçinin münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılması üçün tədbirlərin həyata keçirilməsi vacibliyini də qeyd edib.

Son xəbərlər

Orphus sistemi