​Con Kerri İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin perspektivlərini müzakirə edib

​Con Kerri İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin perspektivlərini müzakirə edib ABŞ-ın dövlət katibi Azərbaycan prezidentinə zəng edib
Qarabağ
30 İyun , 2016 22:48
​Con Kerri İlham Əliyevlə Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin perspektivlərini müzakirə edib

Bakı. 30 iyun. REPORT.AZ/ İyunun 30-da ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri və dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi