Çin Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb

Çin Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb XİN ATƏT-in MQ-nin konstruktiv rol oynayacağına ümidvar olduğunu bildirib
Qarabağ
18 Noyabr , 2014 11:34
Çin Dağlıq Qarabağ münaqişəsi tərəflərini vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ "Biz ümid edirik ki, münaqişənin bütün tərəfləri sakitliyi saxlaya biləcək və vəziyyətin gərginləşməsinə yol verməmək və məsələni sülh yolu və dialoqlar vasitəsilə həll etmək üçün təmkinli ola biləcəklər". "Report" xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Çin XİN-inin nümayəndəsi Xun Ley noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində insidenti şərh edərkən bildirib. 

"Biz həmçinin ATƏT-in Minsk qrupunun bu istiqamətdə konstruktiv rol oynayacağına ümid edirik" - deyə, X.Ley bəyan edib. 

Qeyd edək ki, helikopterin vurulması hadisəsi ilə bağlı noyabrın 12-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, həmin gün saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Son xəbərlər

Orphus sistemi