​Ceyms Uorlik: "Biz sülhün açarı əllərində olan prezidentlərin görüşünün vacibliyi məsələsini qaldırırıq"

​Ceyms Uorlik: "Biz sülhün açarı əllərində olan prezidentlərin görüşünün vacibliyi məsələsini qaldırırıq" Onun sözlərinə görə, tərəflər üçün ilk addım danışıqlara hazır olduqlarını göstərməkdir
Qarabağ
18 Fevral , 2015 15:18
​Ceyms Uorlik: Biz sülhün açarı əllərində olan prezidentlərin görüşünün vacibliyi məsələsini qaldırırıq

Bakı.18 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı erməni jurnalistlərin suallarını cavablandırıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Azərbaycan-Ermənistan sərhədi və qoşunların təmas xəttində baş verən gərginlikdən narahat olduqlarını bildirib: "Əvvəllər tərəflər əsirlərin qaytarılması kimi humanitar addımın atılması üçün yollar axtarardılar. İndiki gərgin vəziyyətdə danışıqlar üçün bu daha çox əlverişli şəraitin yaranmasına yardım edə bilər".

"Biz sülhün açarı əllərində olan prezidentlərin görüşünün vacibliyi məsələsini qaldırırıq", - o qeyd edib.

Onun sözlərinə görə, danışıqlar və münaqişənin tənzimlənməsi üçün bütün tərəflərin maraqlarının təmin edilməsi lazımdır: "Tərəflər üçün ilk addım belə danışıqlara hazır olduqlarını göstərməkdir. Həmsədrlər kimi biz Qarabağ münaqişəsinin uzunmüddətli və sülhə nail olmaq şərtilə həllində bir mövqedəyik. ATƏT-in Minsk qrupu münaqişə edən tərəflərin vasitəçi olaraq qəbul etdikləri yeganə formatdır. Bu mandat çərçivəsində bütün tərəflər vasitəçi kimi rolumuzun xeyirli olduğunu qənaətində olanadək davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi