Minsk qrupu həmsədrlərinin Türkiyədə Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb

Minsk qrupu həmsədrlərinin Türkiyədə Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb "Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik"
Qarabağ
20 İyul , 2016 11:23
Minsk qrupu həmsədrlərinin Türkiyədə Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb

Bakı. 20 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrlərinin Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə keçirilməli olan görüşü təxirə salınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik bildirib.

"Hazırda növbəti görüşün vaxtı üzərində işləyirik", - deyə, o bildirib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyulun 18-də Ankaraya səfər edəcəyini və Türkiyə tərəfini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandıracağını söyləmişdi.

Son xəbərlər

Orphus sistemi