Britaniyalı nazir və ATƏT-in MQ-nin həmsədrləri Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər

Britaniyalı nazir və ATƏT-in MQ-nin həmsədrləri Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər Devid Lidinqton və Ceyms Uorlik Londonda görüş keçiriblər
Qarabağ
29 Oktyabr , 2014 11:37
Britaniyalı nazir və ATƏT-in MQ-nin həmsədrləri Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər

Bakı. 29 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Londonda ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliklə görüşüb. 

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki cari vəziyyət müzakirə olunub, eləcə də regiondakı vəziyyətə dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, sentyabr ayının 27-də D.Lidinqton həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qerbert Zalberi qəbul edib. Görüş zamanı tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. 

Son xəbərlər

Orphus sistemi