​BQXK təmsilçiləri erməni girovluğunda olan azərbaycanlılara baş çəkib

​BQXK təmsilçiləri erməni girovluğunda olan azərbaycanlılara baş çəkib "Mandatımıza əsasən, davamlı olaraq saxlanıldıqları yer, qohumları ilə xəbər mübadiləsi etmələri üçün girovlarla görüşəcəyik"
Qarabağ
8 Dekabr , 2015 16:37
​BQXK təmsilçiləri erməni girovluğunda olan azərbaycanlılara baş çəkib

Bakı. 8 dekabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşüblər.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Komitə təmsilçiləri onların saxlanıldıqları yerin şəraiti ilə bağlı montorinq keçirib, girovlara münasibətlə maraqlanıb, eləcə də ailə üzvləri ilə təmas saxlamaqda onlara yardım edib.

"BXQK-nin mandatına əsasən, biz davamlı olaraq saxlanıldıqları yerin şəraiti ilə tanış olmaq, qohumları ilə xəbər mübadiləsi etmələri üçün girovlarla görüşəcəyik ", - BXQK təmsilçisi bildirib.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov 2014-cü il iyunun 29-da Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əzizilərinin qəbrini ziyarət etməyə gediblər. Bu zaman ermənilər Həsən Həsənovu öldürüb, Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürüblər. 

Son xəbərlər

Orphus sistemi