BQXK son döyüşlərdə həlak olanların meyitlərinin döyüş meydanından çıxarılması və geri qaytarılması ilə bağlı məlumat yayıb

BQXK son döyüşlərdə həlak olanların meyitlərinin döyüş meydanından çıxarılması və geri qaytarılması ilə bağlı məlumat yayıb Əvvəlki əməliyyatlar nəticəsində tərəflər meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib.
Qarabağ
10 Aprel , 2016 17:58
BQXK son döyüşlərdə həlak olanların meyitlərinin döyüş meydanından çıxarılması və geri qaytarılması ilə bağlı məlumat yayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) təmas xəttində, Dağlıq Qarabağ münaqişəsinin son gərginləşməsi zamanı həlak olanların meyitlərinin öz tərəflərinə təhvil verilməsinə yardımçı olub.

BQXK-nin Azərbaycan nümayəndəliyindən "Report"a daxil olan məlumata görə, komitənin dəstək verdiyi 8 və 9 aprel tarixlərində keçirilmiş əvvəlki əməliyyatlar nəticəsində tərəflər, meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirib. Əməliyyatlar tərəflərin razılaşması və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədrləri vəATƏT sədrinin Şəxsi Nümayəndəsi ilə koordinasiya olunmaqla həyata keçirilib.

“Bizim əsas prioritetimiz itkin əzizlərinin taleyindən hələ də xəbərsiz qalan ailələrə köməkdir.”.- deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vial bildirib: "Tərəflər üçün də ailələrə cavab vermək üçün meyitlərin qaytarılması vacib idi.”

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda fəaliyyət göstərir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra komitə humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib. 

Son xəbərlər

Orphus sistemi