Bakı. 13 mart. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təmsilçiləri Ermənistanın girov götürdüyü azərbaycanlılara - Şahbaz Quliyav və Dilqəm Əsgərova baş çəkiblər.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə komitənin mətbuat xidmətinin əməkdaşı Eteri Musaelyan bildirib.
Onun sözlərinə görə, bu, azərbaycanlı girovlarla keçirilən onuncu görüşdür. Xəbərdə bildirilib ki, təmsilçilər girovlara ailələrinin məlumatlarını çatdırıblar.
Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü il iyunun 29-da Kəlbəcərdə əzizlərinin qəbirlərini ziyarət edən zaman ermənilər tərəfindən girov götürülüblər.