​BMT-nin ali komissarı erməni nazirlə Qarabağ məsələsini müzakirə edib

​BMT-nin ali komissarı erməni nazirlə Qarabağ məsələsini müzakirə edib Edvard Nalbandyan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərindən danışıb
Qarabağ
29 Fevral , 2016 18:28
​BMT-nin ali komissarı erməni nazirlə Qarabağ məsələsini müzakirə edib

Bakı. 29 fevral. REPORT.AZ/ BMT-nin ali komissarı Zeyd Rad əl-Hüseyn Cenevrədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla işğal altında olan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən danışıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş BMT-nin İnsan Haqları Şurasının 31-ci sessiyası zamanı keçirilib.

E.Nalbandyan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərindən danışıb. 

Son xəbərlər

Orphus sistemi