BMT baş katibinin müavini Yerevanda Dağlıq Qarabağdakı gərginliyi müzakirə edib

BMT baş katibinin müavini Yerevanda Dağlıq Qarabağdakı gərginliyi müzakirə edib Cefri Feltman münaqişə bölgəsində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib
Qarabağ
11 Aprel , 2016 16:00
BMT baş katibinin müavini Yerevanda Dağlıq Qarabağdakı gərginliyi müzakirə edib

Bakı. 11 aprel. REPORT.AZ/ BMT baş katibinin müavini Cefri Feltman Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə XİN-in mətbuat xidməti məlumat yayıb.

Tərəflər son günlər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Baş katibin müavini münaqişə bölgəsində vəziyyətin gərginləşməsindən narahatlığını bildirib.

Cefri Feltman Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin səyini qiymətləndirərək, BMT-nin onlarla eyni mövqedə olduğunu söyləyib. 

Son xəbərlər

Orphus sistemi