Birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı 78 minə yaxın istintaq hərəkəti aparılıb”

Birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı 78 minə yaxın istintaq hərəkəti aparılıb” 18 236 nəfər mülki iddiaçı qismində tanınıb
Qarabağ
24 Fevral , 2016 15:20
Birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı 78 minə yaxın istintaq hərəkəti aparılıb”

Bakı. 24 fevral. REPORT.AZ/ “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə bağlı indiyədək aparılmış istintaq zamanı 78 minə yaxın istintaq hərəkəti aparılıb. 7 min nəfərdən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş şəxs qismində dindirilib. 23 600 nəfərdən çox zərərçəkmiş şəxs və zərərçəkmişin hüquqi varisi, 18 236 nəfər mülki iddiaçı qismində tanınıb, 809 müxtəlif ekspertiza təyin edilib və digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib”.

“Report”un xəbərinə görə, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) birgə İstintaq Qrupunun üzvü Ülvi Əhmədov deyib.

O bildirib ki, cinayət işi üzrə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətdiyi müəyyən olunan 248 nəfər, işgəncə faktları üzrə 35 nəfər, terrorçuluq faktı üzrə 3 nəfər, digər epizodlar üzrə 85 nəfər, habelə ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və sair cinayətlər törətmiş 48 nəfər, yəni cəmi 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb: “Məhkəmə qərarına əsasən, onlar barəsində həbs qətimkan tədbiri seçilib və axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib. Həmin 296 nəfər təqsirləndirilən şəxsdən 3 nəfəri rus, 1 nəfəri ukraynalı, 14 nəfəri erməni milliyətindən olmaqla, 18 nəfəri 366-cı alayın hərbi qulluqçuları, 18 nəfəri daxili işlər orqanlarının, 11 nəfəri keçmiş DTK orqanlarının əməkdaşları olub və digərləri keçmiş partiya və sovet orqanlarında, təhsil, iaşə, nəqliyyat, kənd təsərrüfatı və müxtəlif sahələrdə çalışmış vətəndaşlar olub. Onlardan 264 nəfəri Azərbaycan, 27 nəfəri Ermənistan, 4 nəfəri Rusiya, 1 nəfəri Ukrayna vətəndaşları olmaqla, 293 nəfəri kişi, 3 nəfəri qadındır”.

Son xəbərlər

Orphus sistemi