İşçi qrupunun rəhbəri: "Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, Ermənistandan təzminat tələb edəcəyik"

İşçi qrupunun rəhbəri: "Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, Ermənistandan təzminat tələb edəcəyik" "Bir neçə sahə üzrə dəyən ziyanların təxmini dəyərlərini artıq bilirik"
Qarabağ
25 May , 2015 13:32
İşçi qrupunun rəhbəri: Beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, Ermənistandan təzminat tələb edəcəyik

Bakı. 25 May. REPORT.AZ/ Ərazilərin ermənilər tərəfindən işğalı nəticəsində Azərbaycana küllü miqdarda ziyan dəyib. “Report” xəbər verir ki, bunu Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən “1989-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərinin faydalı qazıntıları və amansız erməni talanı nəticəsində vurulmuş zərərlərin qiymətləndiriləsi barədə hesabat” mövzusunda keçirilən konfransda İşçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

O qeyd edib ki, dəymiş ziyanın hesablanmasına artıq başlanılıb: ”Amma bu elə də asan iş deyil. Biz hələ ki, konkret rəqəmlər açıqlaya bilmirik. Təbii ki, bir neçə sahə üzrə dəyən ziyanların təxmini dəyərlərini artıq bilirik. Lakin bütün sahələrdə bu dəyərləndirmələr yekunlaşdıqdan sonra beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb, Ermənistandan təzminat tələb edəcəyik”.

Konfransda çıxış edən İşçi qrupunun üzvü, geoloq-mütəxəssis Mirzəli Fətəliyev bildirib ki, Azərbaycana vurulmuş zərərin miqdarı 10 milyardlarla dollar həcmindədir: “12 ildən çoxdur ki, talan edilən, ümumi ehtiyatı 150 tona yaxın olan 3 böyük qızıl yatağıının, həmçinin 2 polimetal, bir sıra civə, onlarla tikinti materialları, bəzək daşı və mineral su yataqlarının istismarı nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı 10 milyardlarla dollar həcmindədir. Buna görə də Ermənistan tərəfi beynəlxalq hüquqa əsasən Azərbaycana təzminat ödəməyə məcburdur”.

Son xəbərlər

Orphus sistemi