Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək

Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir
Qarabağ
2 Dekabr , 2015 15:23
Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri bir sıra görüşlər keçirəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri Serbiyanın paytaxtı Belqrada gedib.

"Report" xəbər verir ki, vasitəçilər dekabrın 3-4-də Belqradda baş tutacaq ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində bir sıra görüşlər keçirəcək.

Həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə görüşəcəyi və danışıqların gedişini müzakirə edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi