Belarus Azərbaycan və Ermənistanla Dağlıq Qarabağ problemini müzakirə edib

Belarus Azərbaycan və Ermənistanla Dağlıq Qarabağ problemini müzakirə edib Müdafiə naziri Andrey Ravkov Azərbaycan və Ermənistandan olan həmkarları ilə müvafiq danışıqlar aparıb
Qarabağ
3 Aprel , 2016 12:32
Belarus Azərbaycan və Ermənistanla Dağlıq Qarabağ problemini müzakirə edib

Bakı. 3 aprel. REPORT.AZ/ Belarusun müdafiə və xarici işlər nazirləri Dağlıq Qarabağ regionunda yaranmış vəziyyəti Azərbaycan və Ermənistandan olan həmkarları ilə müzakirə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

"Belarus prezidentinin tapşırığına əsasən, Qarabağ münaqişəsi zonasındakı vəziyyət nazirlər səviyyəsində də müzakirə olunub. Belarusun müdafiə naziri Andrey Ravkov Azərbaycan və Ermənistandan olan həmkarları ilə müvafiq danışıqlar aparıb", - məlumatda bildirilir.

Eyni zamanda diplomatik kanallar vasitəsilə də analoji işlərin görüldüyü bildirilir. Belarusun xarici işlər naziri Vladimir Makey artıq Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ilə məsləhətləşmələr aparıb. Hazırda Ermənistan tərəfinin XİN başçısı Edvard Nalbandyanla danışıqlar aparmağın imkanları öyrənilir.

Foto: www.touristmaker.com


Son xəbərlər

Orphus sistemi