Bakıda "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçiriləcək

Bakıda "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçiriləcək Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib
Qarabağ
17 Aprel , 2015 12:43
Bakıda Qarabağ tədqiqatları mövzusunda konfrans keçiriləcək

Bakı. 17 aprel. REPORT.AZ/ Aprelin 21-də Bakıda Prezident yanında Elmin İnkişafı Fondu və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçiriləcək. Bu barədə "Report"a Fonddan məlumat verilib.  

Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı soyqırımlar, erməni diasporunun məkrli fəaliyyəti və təcavüzləri barədə, həmçinin Elmin İnkişafı Fondunun 8 may 2012-ci ildən təsis edərək keçirdiyi bir neçə "Şuşa qrantı" müsabiqəsi çərçivəsində yerinə yetirilən uğurlu elmi-tədqiqat layihələri üzrə alınan nəticələr haqqında maraqlı elmi məruzələr dinləniləcək. Məruzələr Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək (1920-1994-cü illər) erməni iddialarını, Ermənistanın Azərbaycana təcavüzü məsələsində böyük dövlətlərin və beynəlxalq təşkilatların mövqeyini, Azərbaycanda məcburi köçkünlərin sağlamlıq vəziyyətinin kompleks şəkildə qiymətləndirilməsini, Qarabağ geyimlәrini, Şuşa şәhәrinin 3D modeli və kosmik təsvirlər əsasında mövcud vәziyyәtin qiymәtlәndirilmәsini, Qarabağda xalq oyunları və meydan tamaşalarını, Qarabağdakı Nərgiztəpə arxeoloji abidələr kompleksi üzrə tədqiqatları, Qarabağın bir sıra maddi-mədəniyyət abidələrinin virtual rekonstruksiyasını əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi