Azərbaycan XİN: İşğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb

Azərbaycan XİN: İşğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb Rəsmi Bakı Zəngilanda uşaq bağçasının açılış mərasimi keçirilməsinə münasibət bildirib
Qarabağ
29 Oktyabr , 2014 17:45
Azərbaycan XİN: İşğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rəsmi Bakı Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının ildönümü ərəfəsində qondarma rejim tərəfindən Zəngilanda uşaq bağçasının açılış mərasimi keçirilməsinə münasibət bildirib. “Report”un xəbərinə görə, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev bildirib ki, prezidentlər səviyyəsində bu ilin oktyabrın 27-də Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın bu addımı təxribat xarakteri daşıyır.

“1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamayıb. Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür.

İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarına birbaşa ziddir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur” – deyə, H.Hacıyev bildirib.

Son xəbərlər

Orphus sistemi