Bakı. 24 sentyabr. REPORT. AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 23 sentyabr tarixində Nyu Yorkda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ilə görüşüb. "Report"a Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulamış və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.