Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub Qarşı tərəf cavab atəşi ilə susdurulub
Qarabağ
12 Sentyabr , 2014 10:29
Azərbaycan Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub
Bakı. 12 sentyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri bir neçə istiqamətdə atəşkəsi pozublar.

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, erməni silahlı bölmələri dünən və ötən gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi