Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb
Qarabağ
16 Fevral , 2015 18:01
Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qoşunların təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildiriblər.

Müdafiə naziri qonaqlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib.

Sonda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi