Azərbaycanın işğaldan azad olunan ərazilərində minatəmizləmə əməliyyatı aparılır - VİDEO

Azərbaycanın işğaldan azad olunan ərazilərində minatəmizləmə əməliyyatı aparılır - VİDEO Mərmilər daha çox Tərtərin cəbhəyanı kəndlərinin əkin sahələrindən aşkar edilib
Qarabağ
16 Aprel , 2016 13:24
Azərbaycanın işğaldan azad olunan ərazilərində minatəmizləmə əməliyyatı aparılır - VİDEO

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycanın işğal altında olan ərazilərinin azad olunan hissələrində minalardan təmizlənmə işləri həyata keçirilir.

"Report" xəbər verir ki, yaşayış yerlərindəki partlamamış top mərmiləri də də zərərsizləşdirilir.

Belə ki, erməni silahlı birləşmələrinin təxribatları nəticəsində 4 gün davam edən döyüşlər zamanı işğaldan azad edilmiş ərazilərdə aşkar edilən, eləcə də təmas xəttinə yaxın yerləşən kəndlərdə qalan və partlamamış top mərmiləri artıq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən təmizlənir.

Mərmilər daha çox Tərtərin cəbhəyanı kəndlərinin əkin sahələrindən aşkar edilib və ANAMA-nın əməliyyat qurupunun əməkdaşları sözügedən yaşayış məntəqələrindən 30 ədəd 122 millimetrlik top mərmiləri aşkar ediblər. Tapılan mərmiləri poliqona gətirən ANAMA-nın əməkdaşları təhlükəsizlik tədbirlərini tam təmin etdikdən sonra zərərsizləşdiriblət.

Qeyd edək ki, ərazilərin minalardan, eləcə də partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi işləri davam edəcək.

Son xəbərlər

Orphus sistemi