​Azərbaycanın hərbi qulluqçusu şəhid olub

​Azərbaycanın hərbi qulluqçusu şəhid olub “Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq”
Qarabağ
13 Mart , 2015 17:17
​Azərbaycanın hərbi qulluqçusu şəhid olub

Bakı. 13 mart. REPORT.AZ/ Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Azərbaycan mövqelərini atəşə tutublar. 

“Report” Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır: “Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq”.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi