Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri "New York Times" qəzetinin məqaləsinə cavab verib

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri "New York Times" qəzetinin məqaləsinə cavab verib Məmməd Talıbov: "Məqalədə Dağlıq Qarabağa səyahət edilməsi ilə bağlıl xəbərdarlıqlar barədə bir kəlmə söz də yoxdur"
Qarabağ
16 May , 2015 11:19
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri New York Times qəzetinin məqaləsinə cavab verib

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi və hüququ məsələləri üzrə müşaviri Məmməd Talıbov Ermənistan və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turizm imkanları və oradakı həyat barədə "New York Times" qəzetində dərc olunan məqaləyə cavab verib.

"Report" "New York Times" qəzetinə istinadən bildirir ki, müşavir məqaləsində qeyd edib ki, həmin yazıda Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini qanunsuz işğal etməsi və bunun nəticəsində 1 milyon azərbaycanlının öz doğma yurdlarından köçməyə məcbur olması kimi ağır faciəvi hekayə əks olunmayıb: "Müəllif məqalədə yazmayıb ki, işğal olunmuş ərazilərə səyahət Azərbaycanın qanunlarının və beynəlxalq qaydaların pozulması deməkdir. O, həmçinin bir neçə dəfə dərc olunan və hətta ABŞ Dövlət Departamentinin elan etdiyi xəbərdarlıqlar barədə də bir kəlmə söz yazmayıb. Dağlıq Qarabağa bu cür qanunsuz səyahət edən şəxslərin gələcəkdə Azərbaycana səfər etməsinə qadağa qoyulur. Amma müəllif bu məsələyə də toxunmayıb". 

M.Talıbov Beynəlxalq Böhran Qrupunun hesabatına istinadən yazıb ki, məcburi köçkünlər işğalçıların hərbi taktikasına çevrilmiş avtomatlardan atəş açılması, mina partlayışları, içməli suların çirklənməsi kimi hallarla üzləşirlər: "Təəssüf ki, müəllifin yazdığı məqalədə bu region başqalarına bənzəməyən turistik məkan kimi təqdim olunub".

Səfirliyin müşaviri qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində işlər görür: "Məqsəd məcbur köçkünlərin öz yurdlarına qayıda bilmələrinə, turistlərin isə bu gözəl məkana təhlükəsiz şəkildə səfərlər etmələrinə, oranın gözəlliklərini seyr etmələrinə şərait yaratmaqdır".

Son xəbərlər

Orphus sistemi