​Azərbaycandan olan QHT rəhbərləri Türkiyə parlamentində görüşlər keçiriblər

​Azərbaycandan olan QHT rəhbərləri Türkiyə parlamentində görüşlər keçiriblər Kamal Kılıcdaroğlu Azərbaycanın dərdini anladıqlarını, öz dərdləri hesab etdiklərini deyib
Qarabağ
24 Fevral , 2016 20:10
​Azərbaycandan olan QHT rəhbərləri Türkiyə parlamentində görüşlər keçiriblər

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycandan olan QHT rəhbərləri Türkiyə Böyük Millət Məclisində (TBMM) görüşlər keçiriblər.

Bu barədə "Report"a "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un mətbuat xidmətindən məlumat verilib. 

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"a daxil olan qeyri-hökumət təşkilatları rəhbərləri Türkiyə Böyük Millət Məclisində AKP-dən olan iğdırlı millət vəkili ilə görüşdən sonra millət vəkilləri Məmməd Tum, Namiq Halub ilə də görüşüblər. Daha bir görüş isə Cümhuriyyət Xalq Partiyası sədri Kamal Kılıcdaroğlu ilə olub.

Azərbaycan və Türkiyənin ortaq problemlərindən danışan QHT rəhbərləri qeyd ediblər ki, hər iki ölkənin xarici siyasət və milli maraqları geniş formada əlaqələndirilməli və həm Azərbaycana, həm də Türkiyəyə yönələn çirkin əməllərə qarşı birgə fəaliyyət göstərilməlidir. Xocalı Soyqırımının dünyada tanıdılması üçün Türkiyə Böyük Millət Məclisində böyük müzakirələr aparılması, qərarlar qəbul olunmasının vacibliyi qeyd olunub.

Kamal Kılıcdaroğlu Azərbaycanın dərdini anladıqlarını, öz dərdləri hesab etdiklərini deyib: "Azərbaycan dövləti ölkəsi üçün Qarabağ məsələsində hansı addımları atmaq, nə düşünmək istəyirsə, Türkiyədə də istər iqtidar, istərsə də müxalifət eyni fikirdədir".

Son xəbərlər

Orphus sistemi