Azərbaycan XİN rəhbəri: "Ermənistanın işğal etdiyi ərazilərdə yürütdüyü siyasət sabitliyi pozur"

Azərbaycan XİN rəhbəri: "Ermənistanın işğal etdiyi ərazilərdə yürütdüyü siyasət sabitliyi pozur" Elmar Məmmədyarov BMT Baş Məclisində çıxış edib
Qarabağ
24 Sentyabr , 2016 09:58
Azərbaycan XİN rəhbəri: Ermənistanın işğal etdiyi ərazilərdə yürütdüyü siyasət sabitliyi pozur

Bakı. 24 sentyabr. REPORT.AZ/ "BMT Baş Məclisinin ötən 70-ci sessiyası çərçivəsində ümumi siyasi debatlardan bu yana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir tərəqqi əldə olunmayıb." 

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən BMT Baş Məclisinin 71-ci sessiyasında debatlar çərçivəsində çıxışı zamanı bildirib. 

E.Məmmədyarov deyib ki, "Ermənistan Dağlıq Qarabağ regionu və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazilərini işğal etməkdə davam edir". Nazir vurğulayıb ki, bu hal beynəlxalq hüquq və 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin kobud pozulmasıdır. 

XİN rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazilərdə öz iqtisadi potensialını istifadə etmək imkanı yoxdur. O, həmçinin qeyd edib ki, bir milyona yaxın qaçqın və məcburi köçkün əsas hüquq və azadlıqlarından, ilk növbədə, mənzil hüququndan məhrum olublar. 

Azərbaycan XİN başçısı bildirib ki, Ermənistanın işğal olunan ərazilərdə yürütdüyü siyasət, xüsusilə də həmin ərazilərdə Ermənistan silahlı birləşmələrinin qanunsuz olması vəziyyəti, sabitliyi pozur və münaqişə zonasında gərginliyin artmasına səbəb olur. 

Aprel hadisələri haqqında danışan E.Məmmədyarov vurğulayıb ki, erməni əsgərlərinin hücumu dinc əhali arasında itkilərə, şəhər və kəndlərin və mülki infrastrukturun dağıdılmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi