​Azərbaycan XİN Nalbandyana cavab verib

​Azərbaycan XİN Nalbandyana cavab verib “Ermənistan rəhbərliyi tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır”
Qarabağ
6 Fevral , 2015 13:07
​Azərbaycan XİN Nalbandyana cavab verib

Bakı. 6 fevral. REPORT.AZ/ “Ermənistan rəhbərliyi nəhayət dərk etməlidir ki, beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər”. “Report”un xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fikirlərinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Mahiyyətsiz, boş və demaqoqiya xarakterli bəyanatlar vermək əvəzinə Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək ən tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır”, - H.Hacıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi