Azərbaycan XİN: "Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə edilməsində maraqlı deyil"

Azərbaycan XİN: "Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə edilməsində maraqlı deyil" "Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri TAP və TANAP layihələrinin həyata keçirilməsidir"
Qarabağ
12 İyul , 2016 17:46
Azərbaycan XİN: Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə edilməsində maraqlı deyil

Bakı. 12 iyul. REPORT.AZ/ "Son iki ildə Ermənistanın siyasətinə nəzərə salsaq, onların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə edilməsində maraqlı olmadığını görərik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "ADA" Universitetində keçirilən və Azərbaycanın diplomatik xidmət əməkdaşları gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Ermənistan 2014-ci ildə Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər apararaq və aprel ayında təmas xəttində hücumlar həyata keçirərək münaqişənin həllində maraqlı olmadığını göstərib.

Bundan əlavə, H.Hacıyev Trans-Adriatik boru kəməri (TAP) və Trans-Anadolu boru kəməri (TANAP) layihələrinin həyata keçirilməsinin Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu layihələrin həyata keçməsini istəməyən müəyyən qüvvələr var, lakin Qərbdə bu layihələr dəstəklənir.

Son xəbərlər

Orphus sistemi