Azərbaycan XİN Dağlıq Qarabağa səfər edən Rusiya vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Azərbaycan XİN Dağlıq Qarabağa səfər edən Rusiya vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb Stanislav Kostyuşkin bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb
Qarabağ
2 İyun , 2016 15:31
Azərbaycan XİN Dağlıq Qarabağa səfər edən Rusiya vətəndaşının adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb.

Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı, müğənni, “Чай вдвоём” qrupunun keçmiş üzvü və “A-Dessa” layihəsinin yaradıcısı Stanislav Mixayloviç Kostyuşkin Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Məktubunda S.Kostyuşkin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, S.Kostyuşkin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. S.Kostyuşkin həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

S.Kostyuşkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi