Azərbaycan XİN başçısı Aİ nümayəndəsi ilə ermənilərin Qarabağda keçirdiyi təlimləri müzakirə edib

Azərbaycan XİN başçısı Aİ nümayəndəsi ilə ermənilərin Qarabağda keçirdiyi təlimləri müzakirə edib Elmar Məmmədyarov Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib
Qarabağ
5 Dekabr , 2014 16:07
Azərbaycan XİN başçısı Aİ nümayəndəsi ilə ermənilərin Qarabağda keçirdiyi təlimləri müzakirə edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT XİNŞ-in 21-ci iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi ilə görüşüb.

Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu haqqında fikir mübadiləsi aparıblar.

Həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş təxribat xarakterli hərbi təlimləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər münaqişənin həlli istiqamətində əldə olunmuş müsbət meyllərə mənfi təsir göstərdiyi qeyd edilib.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən Elmar Məmmədyarov Avropa İttifaqının bir sıra üzv ölkələri ilə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və Aİ ilə də münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi