​Azərbaycan XİN ATƏT sədrinin Bako Saakyanla görüşünə münasibət bildirib

​Azərbaycan XİN ATƏT sədrinin Bako Saakyanla görüşünə münasibət bildirib “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək”
Qarabağ
30 İyun , 2016 11:56
​Azərbaycan XİN ATƏT sədrinin Bako Saakyanla görüşünə münasibət bildirib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Ermənistanda Bako Saakyan ilə görüşünü şərh edib.

“Report”un xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır: “Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcək. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq”.

Son xəbərlər

Orphus sistemi