​Azərbaycan xarici işlər naziri: "ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək"

​Azərbaycan xarici işlər naziri: "ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək" Vasitəçilərin regiona bu dəfəki səfəri Ermənistandan başlayacaq
Qarabağ
10 İyul , 2015 17:06
​Azərbaycan xarici işlər naziri: ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək

Bakı. 10 iyul. REPORT.AZ/ ATƏT-in Minsk qrupu həmsədrləri iyulun 21-də Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə Diplomatik xidmət işçilərinin peşə bayramı ilə əlaqədar Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edən zaman Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

O, vasitəçilərin regiona səfərinin iyulun 20-də bu dəfə Ermənistandan başlayacağını qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini deyib.

Son xəbərlər

Orphus sistemi