Azərbaycan vətəndaşı minaya düşüb - ƏLAVƏ OLUNUB

Azərbaycan vətəndaşı minaya düşüb - ƏLAVƏ OLUNUB Onun sol ayağı amputasiya olunub
Qarabağ
15 Aprel , 2015 16:26
Azərbaycan vətəndaşı minaya düşüb - ƏLAVƏ OLUNUB

Bakı. 15 aprel. REPORT.AZ/ Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb. “Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.

Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb. N.Kərimovun sol ayağı amputasiya olunub.

Yaralının vəziyyəti ağırlaşdığından, o, Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi