​Azərbaycan və Gürcüstan XİN başçıları Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər

​Azərbaycan və Gürcüstan XİN başçıları Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər Mixail Canalidze beynəlxalq ictimaiyyətin yardımı ilə gərginliyin aradan qaldırılacağına ümidvar olduğunu söyləyib
Qarabağ
4 Aprel , 2016 18:35
​Azərbaycan və Gürcüstan XİN başçıları Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Gürcüstanın xarici işlər naziri Mixail Canalidze Dağlıq Qarabağda təmas xəttindəki gərginliyi telefonla müzakirə edib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbıər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Mixail Canalidze hərbi əməliyyatları dayandırmağın vacibliyini qeyd edib", - deyə məbuat xidməti bildirib.

Gürcüstanlı nazir beynəlxalq ictimaiyyətin yardımı ilə gərginliyin aradan qaldırılacağına ümidvar olduğunu söyləyərək deyib: "Sabitlik bölgə üçün çox lazımdır".

Son xəbərlər

Orphus sistemi