​Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə görüşəcəklər

​Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə görüşəcəklər Nazirlərin görüşü Nyu-Yorkda baş tutacaq
Qarabağ
16 Sentyabr , 2015 14:46
​Azərbaycan və Ermənistan XİN başçıları gələn həftə görüşəcəklər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü sentyabrın 24-25-də baş tutacaq. "Report" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirlərin görüşü BMT Baş Assambleyasının 70-ci sessiyasının açılışı çərçivəsində Nyu-Yorkda keçiriləcək.

E.Məmmədyarovun sözlərinə görə, əvvəlcə ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərlə ayrı-ayrılıqda görüşəcək, sonra isə nazirlərin görüşünün keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi