Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO

Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO Görüntüləri ermənilər sosial şəbəkələrdə yayıb
Qarabağ
3 Oktyabr , 2015 09:44
Azərbaycan tərəfinin erməni hərbçilərini məhv etməsinin görüntüləri yayılıb - VİDEO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

“Report”un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.

Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin “rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib. Lakin nazirlik erməni hərbçilərin məhv edilməsilə bağlı yayılan videolarla bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

“Report” ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edir.

Son xəbərlər

Orphus sistemi