Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri Ermənistanın pilotsuz uçuş aparatını ələ keçirib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələri mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus kvadrokopter tipli "DJI PHANTOM" pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib.