Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 82 atəş zərbəsi endirib

Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 82 atəş zərbəsi endirib Erməni silahlı bölmələri atəşkəs rejimini 73 dəfə pozub
Qarabağ
6 Oktyabr , 2015 09:12
Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə 82 atəş zərbəsi endirib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 73 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 82 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi