Azərbaycan ordusu cəbhə xəttində 10 erməni hərbçisini öldürüb, 20 nəfəri yaralayıb - YENİLƏNİB

Azərbaycan ordusu cəbhə xəttində 10 erməni hərbçisini öldürüb, 20 nəfəri yaralayıb - YENİLƏNİB Erməni separatçılarının işğal olunan ərazilərdəki nümayəndəsi bildirib ki, ötən gecə təmas xəttindəki vəziyyət gərgin olaraq qalıb
Qarabağ
18 Dekabr , 2015 16:58
Azərbaycan ordusu cəbhə xəttində 10 erməni hərbçisini öldürüb, 20 nəfəri yaralayıb - YENİLƏNİB

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri işğal olunan ərazilərdə - Dağlıq Qarabağda 10 hərbçini öldürüb, 20 nəfəri yaralayıb. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

*** 12:39

Azərbaycan Silahlı Qüvvələri ötən gecə işğal altında olan Dağlıq Qarabağ bölgəsində 3 erməni hərbçisini məhv edib. 

"Report" xəbər verir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarının nümayəndəsi deyib ki, ötən gecə qoşunların təmas xəttində vəziyyət gərgin keçib.

Separatçılarının nümayəndəsi məhv edilən erməni hərbçilərin adlarını da açıqlayıb. Bunlar 1996-cı ildə anadan olan Aqasi Qriqoryan, 1996-cı il təvəllüdlü Ruben Aleksanyan və 1992-ci ildə anadan olan Qor Ohanyandır. 

Son xəbərlər

Orphus sistemi