Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 15 dəfə pozulub

Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 15 dəfə pozulub Düşmən cavab atəşi ilə susdurulub
Qarabağ
4 Noyabr , 2014 09:44
Azərbaycan Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 15 dəfə pozulub
Bakı. 4 noyabr. REPORT.AZ/ Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi